banner
banner

Sosİal

Əfv siyahısında 80 nəfərin adı var

Əfv siyahısında 80 nəfərin adı var

Novruz bayramı münasibətilə əfv verilə bilər.

Bu haqda məlumatı Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfərova bildirib.

N.Cəfərova deyib ki, yaxın günlərdə Azərbaycan Prezidenti tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir: “Bizə deyiblər ki, Prezidentin əfv sərəncamı imzalayacağı dəqiqdir. Ancaq əfv olunanlar arasında kimlərin olacağını bilmirik. Yəqin ki, 80 nəfər əfv olunacaq. Əfvlə bağlı müraciət göndərilib. Prezident İlham Əliyevin onu imzalamasını gözləyirik”.

N.Cəfərova “siyasi məhbus” adlandırılan 23 nəfərin əfv olunması üçün siyahının Azərbaycan Prezidentinə göndərildiyini söyləyib: “Bizim siyahıda olan şəxslərin hamısının adı göndərilib. Amma onların əfv olunub-olunmayacağını dəqiq bilmirik”.

N.Cəfərova Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyevin əfv olunması üçün adını Prezidentə göndərdiklərini  bildirib: “23 nəfərdən əlavə 20 nəfər də ayrı insan bizə müraciət edib. Vüqar Əliyevi də onların sırasında əfv siyahısı üçün təqdim etmişik”.     



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.