banner
banner

Dünya

İranda kütləvi zəhərlənmə - 3 gündə 40 nəfər

İranda kütləvi zəhərlənmə - 3 gündə 40 nəfər

İranda oktyabrın 19-dan bu günədək spirtli içkilərdən zəhərlənmə nəticəsində 40 nəfər Bəndər Abbasın müalicə mərkəzlərinə müraciət edib.

Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan Vilayəti Tibb Elmləri Universiteti və Səhiyyə və Müalicə Xidmətləri ictimai əlaqələr və beynəlxalq məsələlər üzrə şöbəsinin müdiri doktor Fatimə Novruzian deyib.

Onun sözlərinə görə, zəhərlənmə nəticəsində müraciət edənlər 15-50 yaşlar arasındadır. İndiyədək bir nəfər həyatını itirib, 2 nəfər də reanimasiya şöbəsinə yerləşdirilib.

Novruzian bu müddət ərzində spirtli içkilərdən zəhərlənmə nəticəsində 19 nəfərin böyrəyində nöqsanlar səbəbindən dializ edildiyini deyib: "Pasiyentlərdən 18 nəfəri müalicə olunduqdan sonra xəstəxanadan evə buraxılıb".

26 sentyabr-4 oktyabr müddətində spirtli içkilərdən zəhərlənmə nəticəsində 268 nəfər Hörmüzqan vilayəti xəstəxanalarında yatırılıb, 22 nəfər isə həyatını itirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.