Karateçilərimiz Madriddə dünya çempionatına hazırlıq üçün məşqlərə başladılar
5-11 noyabr tarixlərində ispaniyanın paytaxtı Madriddə 24-cü dünya çempionatına hazırlıqları davam etdirən milli komandamız Şamaxıya təlim-məşqlərə yola düşüb.
Azərbaycan Milli Karate Federasiyasının media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun Trend-ə verdiyi mlumata görə, milli komandaların baş məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vahid Ayvazovun, eləcə də böyük məşqçilər Qurban Tağıyev, Rəşad Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 15 idmançı cəlb olunub.
Şamaxı Olimpiya İdman kompleksində son hazırlıqlarda Firdovsi Fərzəliyev (-60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (ikisi də -67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov və Pənah Abdullayev (ikisi də -84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Murad Hacızadə (üçü də +84 kq), Roman Heydərov (kata), Sahib Əhədəov (para-karate), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək.
Karateçilərin təlim-məşq toplantısı bir həftə davam edəcək. Milli komanda 3 noyabrda dünya çempionatına yollanacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb