“Aşk ve mavi” adlı serialda rol alan aktrisa Burcu Kıratlı ötən gecə müğənni Sinan Akçılla İstanbulun Nişantaşı istiqamətində görüntülənib. Dostlarından birinin dəvəti ilə məkanda vaxtlarını keçirən Sinan və Burcu restoranı gecəyarısı birlikdə tərk ediblər.
Kameraları görən ikili "Ola bilməz" deyərək dərhal avtomobilə minib və ərazini tərk edib.
Qeyd edək ki, Kıratlı 2 ildir adıçəkilən ekran işində tərəf müqabili, aktyor Polad Sadunoğlu ilə sevgili idi. Cütlük bir müddət əvvəl ayrılıb. Sinan isə sonuncu dəfə fotomodel Buse Narcı ilə eşq yaşayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.