banner
banner

Sosİal

Rektorun qızının keçmiş əri: “Baxanda şoka düşdüm” –AÇIQLAMA

Rektorun qızının keçmiş əri: “Baxanda şoka düşdüm”

Döyülmə videosu ilə gündəmə gələn Ülkər İsayevanın keçmiş həyat yoldaşı Aydın Əhmədzadə son olaylara münasibət bildirib.

AzVision.az-a açıqlamasında A.Əhmədzadə keçmiş qayınatası, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının onunla bağlı səsləndirdiyi ittihamlara cavab verib.

Onun sözlərinə görə, H.İsaxanlının fikirləri həqiqətə uyğun deyil, məlum videonun yayılmasında günahsızdır:

“Boş söhbətdir. Bu xəbəri də hamıdan gec mən bilmişəm və görəndə şok keçirdim”.

A. Əhmədzadə qeyd edib ki, Ü.İsayevanın videosunu o yaymayıb:

“Balamın anası ilə bağlı ömrümdə heç vaxt pis fikir bildirməmişəm. Bu məsələdə əli olan hər bir insan cəzasını almalıdır. Mən 4 aydır ki, Azərbaycandan köçmüşəm. Hazırda ABŞ-ın Mayami şəhərində yaşayıram.

Mən onun-bunun gizli kamera çəkilişləri ilə məşğul olmuram.

Ümidvaram ki, çox hörmət etdiyim Hamlet müəllim və prokurorluq orqanları günahkarları axtaracaqlar. İnanıram ki, bu videonu yayanlar məlum olacaq. Nə deyə bilərəm ki, Allah hamıya səbr versin”-deyə A.Əhmədzadə vurğulayıb.

Qeyd edək ki, Xəzər universitetinin rektoru Hamlet İsaxanlı qızının döyülməsi ilə bağlı videonun keçmiş kürəkəni tərəfindən yayıldığını bildirib.

AzVision.az Aydın Əhmədzadə və Ülkər İsayevanın toylarında lentə alınmış videonu təqdim edir:



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.