banner
banner

İdman

“Biz “Vorskla”dan daha yaxşı oynadıq” - Ozobiç

“Biz “Vorskla”dan daha yaxşı oynadıq” - Ozobiç

“Məğlubiyyət bizi məyus etdi. Fikrimcə, “Vorskla”dan daha yaxşı oynadıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Vorskla”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan xorvatiyalı futbolçu məğlubiyyəti bu cür şərh edib: "Rəqib cəmi bir hücum etdi və onda da qol vuraraq qalib gəldi. Qələbə qazanmağımız üçün bizdə dəqiqlik çatmadı. Halbuki meydana qalibiyyət üçün çıxmışdıq. Sadəcə, alınmadı. Bunu unudub, qarşıdakı matçları düşünməliyik. Qrup mərhələsində hələ 3 oyunumuz qalır. Həmin görüşlərdə yaxşı çıxış edib, uğurlu nəticələr qazanmağa çalışacağıq”.

Ozobiç “Vorskla”nı səfərdə məğlub etməyin mümkün olduğunu söyləyib: “Vorskla” ilə səfər görüşü barədə hələ düşünmürük. Ukraynada qələbə qazana bilərik. Amma bu barədə danışmaq üçün hələ tezdir. Ondan əvvəl başqa oyunlarımız olacaq. Hələ ki, onlara hazırlaşacağıq”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.