Model-aktrisa Tuba Ünsal iş adamı sevgilisi Tal Qarihlə görüntülənib. Cütlük İstanbulun Bebek səmtində kameraların hədəfinə tuş gəlib. Qısa ətək geyinən Tuba yeriməkdə çətinlik çəkib.
Fotoqrafları görən model “Gecə vaxtı çəkməyin” deyərək oradan uzaqlaşıb. Sosial mediada yayılan fotolara Ünsalın izləyiciləri “Eşq Tubaya yaxşı təsir edib”, “Gözəlləşib” kimi şərhlər yazıblar. Qeyd edək ki, aktrisa və sevgilisi 2 aydır eşq yaşayır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.