Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunda II qrupun növbəti oyunları keçiriləcək.
Qol.Az-ın məlumatına görə, Azərbaycan millisi də bu gün qrupda ikinci matçına çıxacaq.
Mirbağır İsayevin komandası Portuqaliya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, qrupun ilk oyununda Xorvatiya ilə üz-üzə gələn yığmamız 0:4 hesabı ilə uduzub. Portuqaliya isə ilk görüşdə Serbiya ilə qolsuz heç-heçə edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.