Qardaşı qızı Burcu Başoğlu ilə sevgili olma xəbərləriylə gündəmə gələn aparıcı Murad Başoğlu həbs edilib. Polislər aparıcını Muğlanın Bodrum bölgəsində tutublar.
Onun həbs edilməsinə səbəb isə keçmiş arvadı Sadiye Hande Bermeki ölümlə hədələməsi və yanındakı dostunu vurması olub. Cütlük arasında küçənin ortasında söz savaşı baş verib. Bu zaman Murad keçmiş arvadının yanındakı dostu Emre Sönmezi vurub. Sönmez və Başoğlu daha sonra xəstəxanaya gedərək həkim müayinəsindən keçib.
Hadisədən sonra Hande polisə şikayət ərizəsi yazıb. Başoğlu haqqında 6284 saylı “Ailənin qorunması və qadına qarşı şiddətin qarşısının alınmasına dair qanun”a uyğun olaraq 3 aylıq həbs- qətiimkan tədbiri seçilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.