UNISEF: İnternetin yaratdığı təhlükələr barədə uşaqların məlumatlarını artırmalıyıq
Biz uşaqları qoruyuruq, onların təhlükəsizliyinin təmini üçün proqramlar yaradırıq, amma uşaqlara internetin yaratdığı təhlükələr barədə də danışmalı, onların bununla bağlı məlumatlarını artırmalıyıq.
Trend-in məlumatına görə, bunu BMT-nin Uşaq Fondunun (UNISEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin "Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramının (“Kidsafe”) təqdimatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, hazırda internet uşaqlar üçün geniş imkanlar yaradır: "Əslində, onun yaratdığı geniş imkanlardan istifadə etməliyik, bu imkanları məhdudlaşdırmamalıyıq. Ancaq təəssüflə onu da etiraf edək ki, cəmiyyətdə bəzi şəxslər internetin imkanlarından istifadə edərək insanlara zərər vururlar. Odur ki, biz onun qarşısını almaq üçün tədbirlər görməliyik".
E.Karvardin bildirib ki, uşaqların müdafiəsi üçün xüsusi proqramlardan istifadə etmək onların internet təhlükəsizliyinin təminində böyük rol oynayır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.