banner
banner

Hərbİ

Zakir Həsənov: Ordumuzun Azərbaycan peykindən istifadəsi hərbi imkanlarımızı daha da genişləndirir

Zakir Həsənov: Ordumuzun Azərbaycan peykindən istifadəsi hərbi imkanlarımızı daha da genişləndirir

General-polkovnik Z.Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq “Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir.

Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri Mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, eləcə də texniki, xidməti, inzibati otaqlar və saxlanclarda yaradılmış şəraitlə tanış olub.

 

Bildirilib ki, qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına mərkəzdə texniki xidmət göstərilir və onlar qısa müddətdə tam təmir olunaraq yenidən sıraya qaytarılır.

Avtomatlaşdırılmış idarəetmə sistemləri, radiostansiyalar və peyk avadanlıqlarının təmiri otaqlarında çalışan mütəxəssislərlə görüşən Müdafiə naziri rabitə vasitələrinin müasir ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olduğunu qeyd edib.

General-polkovnik Z.Həsənov müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunması məsələsinin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində saxladığını bildirərək mərkəzin imkanlarının daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.