banner
banner

Hərbİ

"Bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaqsınız" - Müdafiə naziri

"Bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaqsınız"

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, təbrik məktubunda deyilir:

"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi Novruz bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Bu gün xalqımız uzun illərdən bəri qoruyub saxladığı adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin təntənəsi olan Novruz bayramını - dövlət bayramı səviyyəsində qeyd edərək öz qədim tarixə malik keçmişinə hörmət və ehtiramını bildiririr.

Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan daxili və xarici siyasət nəticəsində ölkə iqtisadiyyatının fasiləsiz inkişafı təmin edilmiş, dövlətçilik ənənələrimiz möhkəmlənmiş, vətəndaşlarımızın maddi rifahı yaxşılaşıb. Respublikamızda ordu quruculuğu, gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi, qoşunların müasir silah və texnika ilə təmin olunması, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır və Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır.

İnanıram ki, Siz Azərbaycan Respublikasını Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edərək Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndində və işğal altında olan digər əzəli yurdumuzda dalğalandıracaqsınız.

Hər birinizə, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə bayram təbriklərimi çatdıraraq, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.