banner
banner

Şou

Qalmaqal bitdi

Qalmaqal bitdi

Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva uzun müddətdir davam edən küsülülüyə son qoyublar.

Axşam.az-ın məlumatına görə, bu haqda əməkdaşımızla söhbətində Xatun danışıb:
“Bizi aparıcı Lamiyə Ələkbərova barışdırdı. Düzdür, aramızda şəxsi problemlər olmamışdı. Sənətlə bağlı inciklik var idi. Hər ikimiz tanınmış insanlarıq. Diqqəti sevirik. Çox şükür ki, münasibətləri aydınlaşdırdıq, barışdıq. Zəhmətkeş insanlarıq, məclislərdə tez-tez bir araya gəlirik. Bir-birimizdən pis aura alırdıq. Buna son qoymağımız yaxşı oldu. İndi münasibətimiz normaldır”.
Qeyd edək ki, Fatimə və Xatunun küsülülüyünə səbəb rəqqasənin məşhurlarla birlikdə çəkdirdiyi klipi olmuşdu. O, Xatuna ekran işində oynamaq təklifi etsə də, müğənni çəkilişlərə getməmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.