Sizə qaraciyəri təmizləyən 5 qida növünü təqdim edirik.
1. Limon suyu
Hər gün qaraciyərinizi təmizləmək və həzmi artırmaq üçün ilıq su ilə limon suyunu qarışdırıb için. Bu üsul həm maddələr mübadiləsini yaxşılaşdırır, həm sağlam həzmi dəstəkləyir, həm də qəbizliyin qarşısını alır.
2. Avokado
Milli.Az deyerler.org-a istinadən bildirir ki, avokado dünyada sağlamlıq və gözəllik üçün istifadə edilir və sağlam tәrzdә piylәrin yandırılması üçün ən uyğun tərəvəz olduğu bilinir. Bundan əlavə, qaraciyəri də qoruyur. Yaponiyada edilən bir araşdırmada, avokadonun qaraciyəri qalaktozamin və bənzəri toksinlərdən qoruduğu ortaya çıxmışdır.
3. Bol su
Qaraciyəri təmizləmənin ən yaxşı yollarından biri gündə 6-8 stəkan su içməkdir. Bu həmçinin böyrəklərin təmizlənməsinə və arıqlamağa köməkçi olur. Bədən hər zaman nəmli qalmalıdır, bunu təmin etmək üçün ən yaxşı yol isə, bol miqdarda su içməkdir. Bu səbəbdən də, su qaraciyəri təmizləmək üçün ən əhəmiyyətli yollardan biridir.
4. Sarımsaq
Bir diş sarımsaq çox mühüm tibbi xüsusiyyətә malikdir. O, immuniteti gücləndirir və bədəni bakteriya və viruslara qarşı qoruyur. Sarımsaq həmçinin sulfidlə zəngindir. Bu səbəbdən də, qaraciyərə birbaşa müsbət təsir göstərir.
5. Yaşıl çay
Qaraciyəri təmizləmək üçün yaşıl çayın möcüzəvi bir bitki olduğu sübut edilmişdir. Bundan əlavə, şişlərdən və hepatitdən qorunmaq üçün əla vasitədir. Tərkibindəki xüsusi maddə xərçəng ilə mübarizə aparır və qaraciyərdə yığılan yağların həll edilməsinə köməkçi olur.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.