banner
banner

İdman

Alleqri A Seriyasının ən yaxşısıdır - 4-cü dəfə

Alleqri A Seriyasının ən yaxşısıdır - 4-cü dəfə

İtaliya A Seriyasında ilin ən yaxşı baş məşqçisi müəyyənləşib.

Qol.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqri növbəti dəfə bu ada sahib çıxıb. Nominasiya uğrunda "Napoli"nin sabiq baş məşqçisi Mauritsio Sarri (hazırda "Çelsi"ni çalışdırır) və "Latsio"ya rəhbərlik edən Simone İnzaqi ilə mübarizə aparan mütəxəssis sonda birinci olub.

Dördüncü dəfə (2011, 2015, 2016 və 2018-ci illər) A seriyasının ən yaxşısı seçilən Alleqri bu göstəricidə Marçello Lippi, Antonio Konte və Fabio Kapellonu geridə qoyaraq, yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, bu il Alleqrinin başçılığı altında İtaliya kuboku və çempionluğunu qazanan "Yuventus" Çempionlar Liqasında yarımfinala qədər irəliləmişdi.

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.