"Beyaz TV"də yayımlanan "Söylemezsem olmaz" proqramına telefonla zəng edən Yeşim Salkım Gülbən Ərgəni tənqid edib. Sosial şəbəkədə bir qrup insan tərəfindən təcavüzə uğradığını dilə gətirən və Siber Suçlara şikayət etdiyini deyən Salkımın sözləri səs-küy yaradıb.
Gülbənin onu "amazon döyüşçüsü"nə bənzətməsinə əsəbi cavab verən Salkım "Gülbən özünə amazon taxıb. Hər şeyi açıq-aşkar deyirəm. Verilişdə ona sual verilməsini özü qoşur. Mahnısı maraq doğurmayanda qalmaqala əl atır" sözlərini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.