banner
banner

Sosİal

Ülkər İsayevaya cinayət işi açıla bilərmi? – Şərh

Ülkər İsayevaya cinayət işi açıla bilərmi?

Son günlər döyülmə videosu ilə gündəmə gələn Ülkər İsayevanın atası Hamlet İsaxanlının fikirləri yeni müzakirələrə səbəb oldu. H.İsaxanlının fikirləri barədə yeni cinayət işi açılmasının zəruri olduğu vurğulanırdı..

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hüquqşünas Ələsgər Məmmədli bu olayı hüquqi müstəvidə şərh edib: “Hamlet İsaxanlı məlum hadisənin qurbanı olan qadının onun qızı olmadığını, sadəcə qızının bu qardaşları qorumaq üçün fədakarlıq etdiyini əsaslandırmağa çalışıb.

Hətta, Ülkərin “dostlarını" qorumaq məqsədi ilə məhkəmə ifadəsində həmin şəxsin özü olduğunu bəyan etdiyini bildirir. Əslində bununla da iki ciddi hüquq pozuntusunun baş verməsini bütün cəmiyyətə bəyan edir.

1. Qızı Ülkərin əsil zərərçəkənin (əgər doğrudursa, Katyanın) əvəzindən özünü zərərçəkmiş şəxs kimi təqdim edərək, zərərçəkənin hüquqlarını mənimsəyir.

2. Cinayət Məcəlləsinin 297-ci maddəsində bu hərəkətinin "Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə"- maddəsi ilə cinayət əməli kimi tövsüb edildiyini bilmədən, qızının zərərçəkən kürsüsündən, cinayətkar kürsüsünə transferinə səbəbkar olur.

Diqqətimi çəkən digər bir məqam isə videonun yayılmasının hüquq pozuntusu kimi təqdim edilməsidir. Halbuki, bunu çəkənin və ya yayanın kimliyindən asılı olmayaraq, hüquq pozuntusunun yayılması heç bir halda özəl həyata müdaxilə kimi təqdim edilə bilməz.

Həmçinin, videonun küçələrə nəzarət edən ictimai asayişi gözətləyən kameralardan birinə aid olduğu çox aydın görünür”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.