banner
banner

Gündəm

ABŞ ekspertləri Bakıda olublar

ABŞ ekspertləri Bakıda olublar

ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu hökumət həmkarları və biznes liderləri ilə görüşmək üçün Bakı, Tbilisi və Yerevana səfər edibər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu ziyarət ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və Birləşmiş Ştatların İrana dair məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılmış görüşlər silsiləsindən ən sonuncusu idi.

Bakıya səfəri zamanı nümayəndə heyəti Azərbaycan hökumət rəsmiləri və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşüb. Nümayəndə heyəti suallara cavab verib və ABŞ-ın İranın şiddətli və stabilliyi pozan davranışını hədəf alan və İran rejiminin davranışını maksimum iqtisadi və diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini vurğulayıb. Onlar həmçinin ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə ediblər.

ABŞ hökumətinin sanksiyaları haqqında ətraflı məlumat və onların icrası ilə bağlı ümumi suallara cavabları ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərin İdarəetmə İdarəsinin çox verilən suallar bölümünə daxil olmaqla tapa bilərsiniz. https://www.treasury.gov/resource-center/faqs/Sanctions/Pages/faq_iran.aspx.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.