Müğənni Demet Akalının keçmiş əri Okan Kurt restoranlardan birində qadınla görüntülənib. İki saat birlikdə yemək yeyən və söhbət edən ikili, daha sonra məkanı bərabər tərk edib.
Demetlə boşandıqdan sonra ilk dəfə qadınla görüntülənən Okan haqda insanları "Yeni sevgilisimi var" sualı düşündürüb. Qeyd edək ki, 6 illik evlilikdən sonra Akalın Kurtdan bu ilin sentyabrında boşanıb. Cütlüyün 4,5 yaşında Hira adlı bir qızı var. 10 gün öncə müsahibələrindən birində Demet "Okan üçün çox darıxmışam. O "İşlərimi səhmana salıb, yenidən gələcəm" deyib. Başqa eşq yaşamağım mümkün deyil. Biz sevərək ayrılmışıq" sözlərini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.