İngiltərə, İsveçrə və Belarus da final mərhələsində
Bu gün UEFA Millətlər Liqasında 6-cı turun oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub. Bununla da, daha 3 komandanın pley-offa çıxması rəsmiləşib.
A liqasının 2-ci qrupunda İsveçrə ilə Belçika arasındakı qarşılaşma kifayət qədər maraqlı alınıb. Qonaqlar erkən qollarla 2 top fərqi ilə heabda irəli çıxsalar da, meydan sahibləri sonradan 5 qol vuraraq, möhtəşəm qələbə qazanıblar. Beləliklə, İsveçrə bu nəticədən sonra qrup lideri kimi başa adını pley-offa yazdırıb.
4-cü qrupda İngiltərə Xorvatiyanı qəbul edib. 2:1 hesabı ilə qalib gələn ingilislər növbəti mərhələyə yüksəlib. Xorvatiya isə B Liqasına düşüb.
D liqasının 2-ci qrupunda isə Belarus səfərdə San-Marinonu udaraq, pley-ofda oynamaq hüququ əldə edib.
Qeyd edək ki, buna qədər Gürcüstan, Ukrayna, Bosniya və Herseqovina, Danimarka və Portuqaliya yığmaları final mərhələsinə vəsiqə qazanıblar.
VI tur
18 noyabr
A Liqası
2-ci qrup
23:45. İsveçrə - Belçika - 5:2 Qollar: T. Hazard, 2 (0:1), 17 (0:2), R. Rodirges, 26 (1:2), H. Seferoviç, 31 (2:2), 44 (3:2), 84 (5:2), N. Elvedi, 62 (4:2)
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb