banner
banner

Sosİal

Bakıdakı dəhşətli terrordan 21 il keçir

Bakıdakı dəhşətli terrordan 21 il keçir
Terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycan olub. Biz dəfələrlə Ermənistanın xüsusi xidmət orqanlarının hazırladığı terrorlarla üz-üzə qalmışıq.
Bakı metrosunun “20 Yanvar” stansiyasında qatarda törədilən terror hadisəsindən 21 il ötür.1994-cü ilin 19 martında qatar stansiyada olarkən, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşür. Partlayış nəticəsində 14 nəfər həlak olur, 49 nəfər isə yaralanır.
İstintaq nəticəsində, məlum olur ki, terrorun arxasında “Sadval” separatçı təşkilatı dayanıb. İstintaq sübuta yetirir ki, təşkilatın üzvləri Ermənistanın xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, onlardan Bakı metrosunda partlayışlar törətməklə bağlı tapşrıqlar alıb və bunu həyata keçiriblər.
Bu terror aktına görə, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 11 nəfər həbs olundu. Bu hadisə izləri erməni separatçılarına gedib çıxan yeganə terror aktı deyil. Elə həmin ilin iyul ayında daha böyük insan itkisinə səbəb olan növbəti metro partlayışı həyata keçirilir. Nəticəsində 13 nəfər həlak olur, 58 nəfər yaralanır.
Ümumilikdə isə Ermənistanın xüsusi xidmət orqanlarının 1988-ci ildən bu günədək Azərbaycanda törətdiyi terror hadisələrinin sayı 300-ü ötüb. Bunların arasında 1989-cu ilin sentyabrında Tiflis-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun. Eləcə də 1991-ci ilin mayında Moskva-Bakı sərnişin qatarının, həmin ilin noyabrında içərisində görkəmli dövlət xadimlərinin də olduğu “Mi 8” helikopterinin. Eyni zmanda 1992-ci ilin iyununda Bakı Dəmiryol Vağzalında sərnişin qatarının partladılmasını xatırlatmaq kifayətdir.(anspress.com)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.