banner
banner

Dünya

İranda terror aktı: ÖLƏNLƏR VAR

İranda terror aktı: ÖLƏNLƏR VAR
İran polisinə qarşı terror aktı həyata keçirilib.
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Serbaz şəhərində yola qoyulmuş minanın partlaması nəticəsində polis maşınında olan 3 polis ölüb.
İran dövlət televiziyasına danışan Sistan-Bəlucistan əyalətinin təhlükəsizlik rəsinin müavini Əli Əsgər Mir Şikari əyalətin Pakistan sərhədindəki Serbaz mahalında səhər saatlarında patrula çıxan polis maşının minaya düşməsi nəticəsində bir polisin də yaralandığını deyib. 
Əli Əsgər qeyd edib ki, təhlükəsizlik qüvvələri bölgədə həyata keçirdiyi əməliyyatda terrorçu olduğu iddia edilən 1 nəfəri öldürüb, 4 nəfəri isə saxlayıb. 
Qeyd edək ki, İranın Pakistanla sərhəd əyalətlərində oğurluq və narkotik qaçaqçılığı ilə məşğul olan çoxsaylı mütəşəkkil cinayətkar təşkilatlar var. İran rəhbərliyi Pakistanla sərhəddə baş verən terror aktlarına görə, rəsmi İslamabadı ittiham edir.(anspress.com)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.