banner
banner

Dünya

Gündoğan ölkədə sunami təhlükəsi

Gündoğan ölkədə sunami təhlükəsi

Yaponiyanın cənubunda maqnitudası 5,5 bal gücündə olan zəlzələ qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, yeraltı təkanların episentri Şərqi-Çin dənizində, Okinava adası yaxınlığında, ocağı isə 50 kilometr dərinlikdə olub. Bu barədə Yaponiyanın milli meteoroloji stansiyası məlumat yayıb.

Zəlzələ Okinava prefekturasının bütün adalarında, Kaqosimada, eləcə də Kyuşu adasında da hiss olunub.

Meteoroloqlar əvvəlcə sunami təhlükəsi elan ediblər, ancaq bir neçə dəqiqə sonra xəbərdarlığı geri götürüblər.

Hadisədə zərər çəkənlərin və dağıntının olması ilə bağlı heç bir məlumat yoxdur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.