Son günlər Ermənistan ordusunun verdiyi itkilər erməni ictimaiyyətində Sarkisyan hakimiyyətinə qarşı qəzəbi daha da artırıb. Qarabağ daşnaklarının lideri, eks-komandir, hazırda millət vəkili olan Vaan Badasyan Serj Sarkisyanın Rusiyanı Azərbaycana silah satmaqda ittiham etməsi barədə açıqlamasının ermənilərə baha gəldiyini bildirib. Erməni millət vəkilinin fikrincə, Rusiyanın Azərbaycana silah satması rəsmi Bakıdan çox, Kremlin maraqlarına uyğundur. Digər bir tərəfdən Rusiya həm Azərbaycanı, həm də Ermənistanı münaqişənin gərginləşməsinə təhrik edir. Qarabağ müharibəsinin ilk illərində erməni ordusunun Azərbaycan ordusundan güclü olduğunu xatırladan Vaan Badasyan Azərbaycanın gücləndiyini etiraf edib: "Azərbaycanın hərbi xərcləri Ermənistanın büdcəsindən daha çoxdur. Bu isə Azərbaycanın rahat hərəkət etməsini və heç nədən çəkinməməsini şərtləndirir". Onun sözlərinə görə, silahlı münaqişə yenidən başlasa tərəflərin verdiyi itkilər daha çox ola bilər. Erməni millət vəkili Ermənistanda sosial ədalətin qorunmamasının orduya təsirsiz qalmadığını, silahlı qüvvələrdə nizam-intizamın pozulmasına gətirib çıxardığı sözlərinə əlavə edib.(anspress)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.