Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupda bu gün ikinci turun oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, milli komandamız bu dəfə Danimarka ilə qarşılaşıb. Rəqibini top atəşinə tutan millimiz möhtəşəm qələbə qazanıb. Belə ki, komandamız 11:2 hesablı qələbəyə sevinib. Turun digər oyununda isə Ukrayna Belçikanı 9:2 hesabı ilə yenib. Xatırladaq ki, ilk turda Azərbaycan yığması Belçikaya (3:1), Ukrayna isə Danimarkaya (5:2) qalib gəlib. Avropa çempionatı Əsas mərhələ 4-cü qrup, II tur
19 mart Belçika - Ukrayna 2:9 Qollar: Mohamed Dahbi Reda, 6:44. Ahmed Sababti, 9:14 - Mikola Bilotserkivets, 0:58; 11:30; 19:02; 26:09; 29:32. Dmitri Sorokin, 23:57. Dmitro Bondar, 27:13. Yevgeni İvanyak, 35:40. Roman Kordoba, 36:29.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.