banner
banner

Dünya

BMT-nin baş katibi Əfqanıstanda törədilən terror aktını pisləyib

BMT-nin baş katibi Əfqanıstanda törədilən terror aktını pisləyib

BMT-nin baş katibi Antoniu Quttereş və beynəlxalq təşkilatın Təhlükəsizlik Şurası Əfqanıstanda törədilən terror aktını qəti şəkildə pisləyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş katibin mətbuat xidmətinin açıqlamasında bildirilir.

"Baş katib Kabildə dini bayramı qeyd etmək üçün toplaşmış əfqanlara hücumu qəti şəkildə pisləyir", - deyə Quttereşin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Baş katib bundan əlavə həlak olanların ailələrinə və yaralananlara başsağlığı verib. BMT-nin Təhlükısizlik Şurası da həmçinin cinayətkarın hərəkətini pisləyib.

"Təhlükəsizlik Şurasının üzvləri terrorizmin bütün formalarının beynəlxaq sülhə və təhlükəsizliyə ən ciddi təhlükə olduğunu təsdiqləyirlər", - deyə Təhlükəsizlik Şurasının bəyanatında bildirilir.

Qeyd edək ki, Kabildə partlayış törədilib. Hadisə nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.