Nigeriyanın cənubunda naməlum silahlı şəxslər ölkənin neft naziri, OPEK prezidenti Diyezani Alison Maduekenin kiçik qardaşı Cozef Aqamanı qaçırıb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, silahlılar Aqamanı Bayels ştatının inzibati mərkəzi Yenaqoa şəhərində girov götürüb. Cinayətkarların kimliyi hələlik müəyyən edilməyib, araşdırma aparılır. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Diyezani Alison Madueke 2015-ci ilin yanvarın 1-dən OPEK-in rəhbəri təyin olunub. Diyezani Madueke təşkilatən tarixində bu vəzifəyə təyinat alan ilk qadındır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.