Baş Qərargah rəisi: Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi əlaqləri strateji səviyyəyə çatıb
Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi əlaqələri mükəmməl şəkildə genişlənir.
Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycanın müdafiə naziri və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə üçtərəfli görüşündə Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler deyib.
O bildirib ki, hər üç ölkənin hərbi əlaqləri strateji səviyyəyə çatıb: "Hərbi əlaqələrimizi daha da artırmaq üçün əlimizdən gələni edəcəyik. Qardaş Azərbaycanda olmaqdan məmnunam. Bu gün 3 dost və qardaş ölkənin müdafiə rəsmiləri olaraq böyük toplantı keçirmək üçün bir araya gəlmişik. Bu, bizim 3-cü toplantımızdır. Bir-birimizlə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirərək bölgədəki vəziyyəti müzakirə edəcəyik. Hərbi əlaqələrimiz mükəmməl şəkildə genişlənir. İnanıram ki, bu gün keçirilən görüşdə çox vacib nəticələr əldə edəcəyik".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.