banner
banner

Dünya

Gürcüstan və Rusiya prezidentləri görüşə bilər

Gürcüstan və Rusiya prezidentləri görüşə bilər

Gürcüstan prezidenti ən mühüm problemləri həll etmək üçün  Vladimir Putinlə görüşə bilər  

Hazırda  Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünün baş tutması ilə bağlı hazırlıq işi aparılmır, lakin danışıqların məqsədi iki ölkə arasındakı ən mühüm problemlərin həlli olacağı təqdirdə görüş keçirilə bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidentinin xarici əlaqələr üzrə müşaviri Tenqiz Pxaladze bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün bildirib ki, Rusiya və Gürcüstan diplomatları prezidentlər arasında görüşün  mümkünlüyünü istisna etmir.

“Gürcüstan istənilən mühüm problemlərin dinc yolla həllinin tərəfdarıdır. Əgər təklif olarsa biz onu nəzərdən keçirməyə hazırıq”, deyə Pxaladze bildirib.

Bu arada Gürcüstan prezidenti mayın 9-da Moskvada İkinci Dünya Müharibəsində qələbəyə həsr olunmuş parada dəvət alıb. Lakin Gürcüstan XİN rəhbəri Tamara Beruçaşvili Marqvelaşvilinin bayram tədbirində iştirak etməyəcəyini bildirib.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.