banner
banner

Dünya

Pakistanda ÇXR konsulluğuna hücumda şübhəli bilinən iki nəfər həbs olunub

Pakistanda ÇXR konsulluğuna hücumda şübhəli bilinən iki nəfər həbs olunub

Pakistanın hüquq-mühafizə orqanları Çinin Kəraçi şəhərindəki Baş konsulluğuna hücumda şübhəli bilinən iki nəfəri həbs edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, onlardan ən azı birinin hücumdan öncə terrorçu ilə əlaqə yaratdığı güman edilir.

Xatırladaq ki, noyabrın 23-də naməlum silahlı şəxslər Çinin Kəraçi şəhərindəki konsulluğuna hücum edib. Hücum nəticəsində diplomatik missiyanı mühafizə edən 2 polis əməkdaşı və 2 mülki şəxs həlak olub, 1 nəfər isə yaralanıb. Kəraçi polisi hücum edən 3 silahlını öldürüb. İnsident zamanı konsulluqda fəaliyyət göstərən diplomatlar xəsarət almayıb. Binanın daxilində və perimetri boyu təhlükəsizlik tədbirləri gücləndirilib, polis diplomatik missiyaya aparan bütün yolları bağlayıb.

Hücumun məsuliyyətini Hind okeanı sahillərində yerləşən və hazırda Əfqanıstan, İran və Pakistan arasında bölünən Belucistan adlı tarixi vilayətin ərazisində müstəqil dövlət qurmaq uğrunda mübarizə aparan “Belucistan azadlıq ordusu” öz üzərinə götürüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə İsrail və İrana çağırış etdi

Türkiyənin Xarici İşlər Nazirliyi bu gün İsraillə İranı və onların tərəfdarlarını böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.

Ukraynanın ən çətin sınağı başlayır - "Blumberq"

Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.

ABŞ Yəməndəki obyektləri vurub

Cis.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib.