Rusiyanın Azərbaycana silah satışı xırda məsələdir, buna görə Moskva-İrəvan münasibətləri zərər görməməlidir
Bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan bildirib. Onun sözlərinə görə, Rusiya silah satmasa, Azərbaycan silahı ABŞ, Almaniya və Fransadan ala bilər. “Ermənistan ictimaiyyəti doğrudan narahatdır, insanlar anlamır ki, niyə dost Rusiya bizim düşmənimizi silahlandırır? Amma başa düşmək lazımdır ki, siyasət nəsə fərqli şeydir və ona səthi yanaşmaq olmaz”, - deyə Şirxanyan bildirir. Son bir neçə gündə işğalçı Ermənistan ordusu qoşunların təmas xəttində 20-dən çox əsgərini itirib. Bu, ölkə əhalisində ciddi qorxu yaradıb. Dünən İrəvanda əsgər anaları Serj Sarkisyanın administrasiyası ətrafında etiraz mitinqi keçirərək Ermənistan vətəndaşlarını Azərbaycan ərazilərində həlak olmasına aydınlıq gətirilməsini istəyiblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.