banner
banner

Sosİal

Avtobus qənimləri

Avtobus qənimləri

Oturacaqları niyə sökmüsünüz?
- Bizə belə deyiblər.
- Kim deyib?
- İşimi itirmək istəmirəm. Amma onu deyə bilərəm ki, oturacaqların sökülməsində məqsəd avtobusa daha çox sərnişin götürə bilməkdir.
Bakıda fəaliyyət göstərən 88 saylı marşurutun sürücüsü (işini itirməkdən qorxduğuna görə, adını açıqlamadı) ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirdi ki, əlillər üçün nəzərdə tutulan oturacaqların sökülməsində onun heç bir günahı yoxdur.
Bəs, dövlətin gətirdiyi 150 min manatlıq avtobusların oturacaqlarının laqunda ilə kəsilməsinə kim cürət edir? Əlillərin hüquqlarını əllərindən kim alır və onlara qarşı bu cinayəti kim və ya kimlər törədir?
Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov ANS PRESS-ə bildirdi ki, adi sürücü öz qərarı ilə dövlətin verdiyi avtobuslarda zərrə qədər də olsun dəyişiklik edə bilməz. Ekspertin sözlərin görə, oturacaqların laqunda ilə kəsilməsinə qərarı sahibkar verib.
“Bir neçə il bundan əvvəl Bakıda fəaliyyət göstərən avtobus xətlərində dəyişiklik edildi. Müəyyən avtobuslar “istismara yararsızdır” adı ilə xətdən çıxarıldı. Bu isə avtobuslarda insan tıxacının yaranmasına səbəb oldu. Ona görə də sahibkarlar çalışırlar ki, avtobuslara daha çox sərnişin götürülə bilsin. Əlillər üçün nəzərdə tutulan oturacaqlar da bu üzdən ləğv edilib. Çünki həmin oturacaqların yerində əlavə 5,10 nəfər sərnişini ayaq üstə aparmaq mümkündür. Bu oturacaqlar heç bir başqa məqsədlə çıxarıla bilməz. İnanmıram ki, sürücü rəhbərliyin xəbəri olmadan bu oturacaqları kəsib götürsün. Çünki avtobus sürücünün əmlakı deyil. Çox bahalı avtobuslar olduğundan bu əmlaka heç imkanlı sürücü də bilərəkdən zərər vura bilməz. Bunun arxasında mütləq həmin avtobusun sahibkarı dayanır”, - deyə M.Rüstəmov bildirdi.
Ekspert deyir ki, əgər həmin sahibkar sərt şəkildə cəzalandırılmasa, bu özbaşınalıq davam edəcək.
“Dövlət əmlakına ziyan vurduğuna görə, sahibkar haqqında cinayət işi qaldırılmalı, intizabi xətalar məcəlləsinə uyğun olaraq sərt şəkildə cəzalandırılmalıdır. Bizim çox gözəl qanunlarımız var. Amma təəssüf ki, icra olunmur. Həmin sahibkarın avtobusu bir mənalı olaraq xətdən çıxarılmalı və xəttə qaytarılmamalıdır. Avtobusun xətdən çıxarılması sahibkar üçün böyük cəzadır. Çünki çox böyük məbləğdə pul itirəcək. Bu isə digər sürücülərə də dərs olacaq. Yox, əgər həmin sahibkarla sövdələşmə edilərsə, məsələn, tutduğu əmələ görə, Nəqliyyat Nazirliyinin əməkdaşlarına müəyyən məbləğdə pul ödəyərsə və nəticədə cəza almazsa, bunun heç bir nəticəsi olmayacaq”, - deyə ekspert bildirdi.
Artıq Nəqliyyat Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə bildirdi ki, bu barədə məlumat yayılan kimi araşdırmalara başlanılıb. Məlum olub ki, belə qayda pozuntusu təkcə 88 saylı xətt avtobusunda deyil, digər avtobuslarda da qeydə alınıb. Araşdırmaların nəticəsindən sonra isə həm sahibkar, həm də sürücülər cəzalandırılacaq. Artıq avtobus sürücülərinə xəbərdarlıq olunub. Oturacaqları sökülən avtobuslar cərimə meydançasına aparılacaq və həmin avtobus istismara yararsız hesab olunacaq. Araşdırmaların isə yaxın vaxtlarda tamamlanacağı bildirilir.
Ümid edirik, əllillərə qarşı hörmətsizlik edən, dövlətin əmlakını heçə sayan şəxs və ya şəxslər layiqli cəzasını alacaq.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.