“Barselona” klubunun müdafiəçisi Jerar Pike etibarsız sürücülük vəsiqəsi ilə avtomobil idarə etdiyinə görə cərimələnib.
Oxu.Az xəbər verir ki, məhkəmənin qərarı ilə Pike 48 min avro cərimə ödəməlidir.
Bildirilir ki, insident bu ilin avqust ayında baş verib. Etibarsız sürücülük vəsiqəsi ilə avtomobilin idarə edilməsi səbəbindən Pikeni altı ayadək həbs cəzası gözləyir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.