Səfər Əbiyevin oğlu işdən çıxarılıb – “xaricə köçür” iddiası var
Sabiq müdafiə naziri Səfər Əbiyevin oğlu Roman Əbiyev işdən çıxarılıb. Bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
S.Əbiyevin 2 oğlu var. Əbiyev qardaşları hər ikisi ixtisasca hüquqşünasdırlar, hər ikisi Hərbi Dəniz Qüvvələrində xidmət ediblər. Böyük oğlu Roman Əbiyevi 2011-ci ildə baş prokuror Zakir Qaralov Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsinə təyin edib. Bundan əvvəl isə Roman Əbiyev Xəzər Rayon Prokurorluğunda müfəttiş olub. Səfər Əbiyevin kiçik oğlu Ramin Əbiyev isə Vergilər Nazirliyində müfəttiş vəzifəsində çalışıb.
Belə iddialar var ki, keçmiş nazirin oğlu Çexiyaya köçəcək. Vəzifəsindən öz xahişi ilə çıxması da xaricə köçməsi ilə əlaqədardır. Qeyd edək ki, Səfər Əbiyev vəzifəsindən çıxarılandan 2 il sonra onun Çexiya vətəndaşlığı alması xəbəri yayılmışdı. Bildirilirdi ki, sabiq nazirin ikili vətəndaşlığı var, o, Azərbaycanla bərabər Çexiya vətəndaşlığı da alıb. Həmin günlərdə Çexiyada yaşayan azərbaycanlı Zamiq Məmmədli də Feysbuk səhifəsində bu məlumatı paylaşıb və sabiq nazirlə bir ölkənin vətəndaşı olduqlarını qeyd edib. S.Əbiyevin istefaya göndərildiyi ilk günlərdə ölkəni birdəfəlik tərk etməsi haqda xəbərlər də yayılmışdı. Ancaq məlumatların heç biri təsdiqlənmədi və S.Əbiyev tərəfindən birmənalı təkzib olundu. Bununla belə, keçmiş nazir Çexiyada olması xəbərini də təkzib etməmişdi, sadəcə ölkədən həmişəlik getmədiyini açıqlamışdı. Xatırladaq ki, 1995-ci ildən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışan Səfər Əbiyev 22 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.