banner
banner

Hərbİ

Erməni bloqqerlər: "Qarabağda hospitallar yaralılarla doludur"

Erməni bloqqerlər: "Qarabağda hospitallar yaralılarla doludur"

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində martın 19-da gedən döyüşlərdən sonra erməni bloqsferasında əsl panika hökm sürür. Bloqqerlər Ermənistan hakimiyyətini itkilərin sayını gizlətməkdə ittiham edirlər və bildirirlər ki, Qarabağda hospitallar yaralılarla doludur.
Mamul.am adlı erməni portalında yer alan məqalədə müəllif Ermənistan hakmiyyətini itkiləri gizlətməməyə və cəbhədəki vəziyyət barədə həqiqətləri xalqa çatdırmağa çağırıb. “Aydın deyil ki, nəyə görə bu real itkilər haqda ictimaiyyətə rəsmi şəxslər yox, müstəqil jurnalistlər məlumat verir? Və nəyə görə həmişə biz Azərbaycan tərəfinin diversiya həmləsi haqda danışanda əslində nə baş verdiyini gizlədirik və öz itkilərimizi ört-basdır edirik? Və guya bizim düşmənimiz həmişə qaçır və qaçarkən məhv edilir. Dünən bütün KİV-lər bizdən üç hərbçinin öldüyünü, dördünün yaralandığını xəbər verdilər. Lakin efirə panik qışqırıqlar və tamam ayrı rəqəmlər yayılıb. İnformasiya bəzi hərbçilərin köməyi olmadan sızdırılmır və hamıya bəlli olur. Əgər hər şey belə uğurlu olubsa nəyə görə hadisə yerində o qədər çox təcili yardım maşını var idi və həkimlərin dediyinə görə yaxınlıqdakı bütün qospitallar, tibb məntəqələri yaralılarla dolu idi?”-müəllif sual edir.
Məqalədə o da bildirilir ki, Gülüstanla (Goranboy) yanaşı Kəlbəcər istiqamətindən də erməni ordusunun itkiləri haqda xəbərlər gəlir. “Bu nədir? Azərbaycanlıların geniş miqyaslı hücumu? O zaman əhalinin bundan niyə xəbəri yoxdur? Və kütləvi fərarilik, əsgərlərin çatışmaması üzündən döyüş postlarına mülki əhalinin növbə çəkməyə göndərilməsi haqda şaiyələr nədir? Suallar çoxdur. Bunlara tutarlı cavablar almaq istərdik”, - erməni bloqqer yazır.
Ermənistan KİV-ləri isə rəsmi qaynaqlara istinadən yazırlar ki, dünənki döyüşlərdə yaralananların sayı cəmi 4 nəfərdir, onlardan ikisinin vəziyyəti olduqca ağırdır. Vəziyyəti ağır olanlar hələlik Xankəndi hospitalında saxlanılır, qalanlar isə İrəvana aparılıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi dünənki döyüşlərdə düşmənin 20-dən çox hərbçisinin öldürüldüyünü və yaralandığını açıqlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.