İki illik mübahisədən sonra Ancelina Coli və Bred Pitt 6 övladı üzərində qərar qəbul edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda vəkil Samanta Bley Dici açıqlama yayıb.
"Sözləşmə iki həftə əvvəl hazırlanıb. Bu dəfə isə tərəflər onu rəsmi olaraq imzaladı" deyə, vəkil bildirib. Bundan sonra Coli və Pitt uşaqlarla bağlı bütün qərarı birlikdə verməlidir. Coli uşaqlarla Bredin görüşməsi üçün məhkəmənin vaxt qoymasından imtina edib. Aktyor istədiyi vaxt uşaqları ilə görüşə bilər. Qeyd edək ki, Coli və Pittin 6 övladı var. Cütlük 2016-cı ildə ayrılıb və məhkəməyə müraciət edib
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.