İngiltərə Premyer Liqasında 14-cü turun oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün daha 2 qarşılaşma keçirilib. “Çelsi” öz meydanında “Fulhem”in qapısından 2 cavabsız qol keçirib. “Zadəganlar”ın heyətində 4-cü dəqiqədə Pedro, 82-ci dəqiqədə isə Ruben Loftus-Çik fərqləniblər.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Arsenal” da turu qələbə ilə başa vurub. Unai Emerinin komandası London derbisində “Tottenhem”i 4:2 hesabı ilə məğlub edib. “Topçular”un heyətində Pyer-Emerik Obameyanq dubl edib. 10-cu dəqiqədə penaltidən rəqibin qapısına yol tapan qabonlu hücumçu növbəti dəfə 56-cı dəqiqədə adını tabloya yazdırıb. “Arsenal”ın digər qollarını isə 75-ci dəqiqədə Aleksandr Lyakazet və 77-ci dəqiqədə Lukas Torreyra vurublar. “Tottenhem”in heyətində isə Erik Dayer (30-cu dəqiqə) və Harri Keyn (34-penalti) fərqləniblər.
Tura bu gün keçiriləcək “Liverpul” – “Everton” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 38 xalla “Mançester Siti” başçılıq edir. “Liverpul” 33 xalla 2-ci, ondan 2 xal az toplayan “Çelsi” isə 3-cüdür. 4-5-ci yerləri bölüşən “Arsenal” və “Tottenhem”in isə 30 xalı var.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb