Xəbər verdiyimiz kimi, aktyor Mert Fırat və İdil Fırat bu ilin sentyabr ayında nikah masasına oturub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor xanımına toy hədiyyəsi olaraq üzük və saat alıb.
İddialara görə, Mertin xanımına aldığı üzük 450 (Təxminən 148 min AZN), saat isə 150 min türk lirəsi (Təxminən 49 min AZN) dəyərindədir.
3 aya yaxındır ailə quran ikili ötən gün qatıldıqları toyda çəkdirdiyi şəkli İnstaqram hesablarına yerləşdirib. Fıratın İdilə aldığı toy hədiyyəsi də elə foto vasitəsilə ortaya çıxıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.