banner
banner

Sağlamlıq

Bu içki depressiyanın qarşısını alır

Bu içki depressiyanın qarşısını alır

Kakao paxlasından yağ aldıqdan sonra qalan jmıx üyüdülür və ondan kakao tozu əldə edilir.

Kakaoda teobromin maddəsi var ki, bu da ürək-damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması isə içkinin qidalılıq dəyərini artırır. Mütəxəssislərin fikrinə görə isə, soyuq fəsillərdə kakaonun istehlakı orqanizm üçün çox faydalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İngiltərənin Redinq Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində kakaonun bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını stimullaşdırdığı və iltihabı azaltdığı qənaətinə gəliblər. Nəticədə isə immun sistemi möhkəmlənir.

Lakin kakaonun orqanizmə olan faydası bununla bitmir. Belə ki, onun sinir sisteminə müsbət təsir etdiyi də bir daha sübut edilib. Kakaonun tərkibində olan maddələr, həmçinin neyronların bərpasını stimullaşdırır, onların arasında olan əlaqələri bərpa edir.

 

Soyuq fəsillərdə günün qısalması və soyuq hava orqanizm üçün güclü stress amilidir. Kakao isə depressiyanın qarşısını alır, əzələlərin sıxılmasını azaldır, əhvali-ruhiyyəni yüksəldir, yuxu rejimini stabilləşdirir.

Mütəxəssislərin fikrincə, kakaonu müntəzəm istehlak edən insanlarda şəkərli diabet və ürək xəstəlikləri riski 2 dəfə azalır. Kakaonun tərkibində olan flavonoidlər ürək hüceyrələrini bərpa edir, damarların elastikliyini artırır, qan dövranını normallaşdırır.

Onun tərkibindəki "epikatexin" maddəsi isə beyinin qan dövranını və yaddaşı yaxşılaşdırır. Bu içki insultun yaranma riskini azaldır, arterial təzyiqin stabil qalmasına kömək edir. Kakaonun istehlakı, eyni zamanda, qanda xolesterinin və şəkərin səviyyəsini tənzimləyir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.