Rusiya gələcəkdə saatda 2 min kilometrdən artıq sürət yığan nəqliyyat təyyarəsi hazırlayır. Cia.az-ın məlumatına görə, PAK TA adı verilən yeni layihə həyata keçirildikdən sonra Rusiya ordusu tankları və ağır silahları 7 saat ərzində dünyanın hər tərəfinə çatdıra biləcək. Rusiya mətbuatının yazdığına görə, yeni nəqliyyat təyyarəsi 200 tona yaxın yükü daşıya bilmə qabliyyətinə malikdir. 2024cü ilə qədər bu təyyarədən 80 ədəd isyehsal ediləcək. Yeni layihənin əsas məqsədi Rusiyanın yeni nəsil Armata tanklarını və digər ağır silahları daşımaqdır. Laiyhə üzərində bir neçə ildir ki, işlər gedir. Əgər yeni nəsil nəqliyyat təyyarələri istehsal olunarsa, Rusiya tankları hava vasitəsilə dünyanın istənilən nöqtəsinə aparaıla biləcək. Qeyd edək ki, bu layihə 1980-ci illərdə gündəmə gəlmişdi. Lakin SSRİ dağıldıqdan sonra layihə dayandırılmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.