Son 6 ay ərzində Türkiyə maqazin dünyasında ən çox adı hallanan ulduz Demet Akalın olub.
Axşam.az-ın "Haberler"ə istinadən məlumatına görə, Demet tez-tez İnstaqramda etdiyi paylaşımları, bahalı geyimləri, əri Okan Kurtun borclarına görə ondan boşanması, daha sonra yenidən əri ilə barışması xəbərləri ilə gündəmi zəbt edib.
Məlumata görə, 2018-ci ilin son 6 ayı ərzində 22 min 756 xəbərl adı çəkilən Akalın ölkədə ən çox danışılan isim olub.
İfaçını 16 min 529 xəbərlər Alişan və 14 min 161 xəbərlə Aleyna Tilki izləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.