İsrailin baş naziri Benyamin Netanyahunun “Yaxın Şərqdə zorakılıqlar və xaos davam etdikcə Fələstin adda dövlət olmayacaq” sözləri Amerika Birləşmiş Ştatlarını Fələstinə qarşı siyasətində dəyişikliyə getməyə məcbur edib. Ağ Evin mətbuat katibi Coş Örnst qeyd edib ki, hökumət İsrail ilə Fələstin arasındakı münasibətləri yenidən dəyərləndirəcək. Amerika hökuməti Yaxın Şərqdə sülhə nail olmaq məqsədilə 2014-cü ilin iyul ayına qədər İsrail ilə Fələstin arasında vasitəçilik missiyasını üzərinə götürmüşdü. Lakin İsrailin Qəzzaya hücum etməsi ilə əlaqədar danışıqlar yarımçıq qaldı. Obama Netanyahunu parlament seçkilərində qalib gəlməsi ilə əlaqədar təbrik edib. Obama İranla 6-lıq ölkələri arasında nüvə proqramına dair danışıqların təxirə salınması fonunda rəsmi Tehranı İranda saxlanılan Amerika vətəndaşlarını azad etməyə çağırıb. Coş Örnst: “Bizim İranla danışıqlarımız nüvə proqramı ilə bağlıdır. Lakin biz hər imkanda Amerika vətəndaşlarının taleyi ilə də bağlı məsələni qaldırırıq. Prezidentin ifadələrin də bu öz əksini tapıb” İran prezidenti Həsən Ruhaninin anasının dünyasını dəyişməsi ilə əlaqədar nüvə proqramına dair danışıqlar təxirə salınıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.