Almaniya bundesliqasında 14-cü tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutub. Günün ilk görüşündə "Hannover" səfərdə "Maynts"ın qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qonaqların heyətində 12-ci dəqiqədə Hendrik Veydant fərqlənib. Meydan sahiblərinin qolunu isə 88-ci dəqiqədə penaltidən Daniel Brosinski vurub.
Turun son oyunu isə bolqollu olub. Doğma meydanda "Ştutqart"ı qəbul edən "Borussiya" rəqibin qapısından 3 cavabsız qol keçirib. Münhenqladbax təmsilçisinin heytəində ilk iki qolu Rafael (69) və Florian Nefaus (77) vurublar. 3-cü qolu isə 84-cü dəqiqədə qonaqların müdafiəçisi Benjamin Pavar öz qapısından keçirib.
"Borussiya" bu qələbədən sonra 29 xalla 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə isə 36 xalı olan Dortmund "Borussiya"sı başçılıq edir. Son çempion "Bavariya" isə 27 xalla 3-cüdür.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb