banner
banner

Gündəm

Doktor Mehdi Mehdiyev qəflətən keçinib - oğlu səbəbini açıqladı

Doktor Mehdi Mehdiyev qəflətən keçinib - oğlu səbəbini açıqladı

Tanınmış həkim, Tibb Universitetinin sabiq müəllimi Mehdi Mehdiyev qəfildən keçinib.

Musavat.com xəbər verir ki, bu barədə onun oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat yayıb: “Doktor Mehdi Mehdiyev Şahdağ dağında Heydər Əliyev zirvəsini hər il olduğu kimi bu dəfə də ziyarət edərkən zirvəyə qalxan yolda ürəyində yaranan infarktdan qəflətən keçinib. Mehdi doktor sabah 10 dekabr 2018-ci ildə ata yurdu Bərdə rayonunda son mənzilə yola salınacaq. Yas mərasimi Bərdə şəhərində olacaq. Dostlar sağ olsun”.

Mehdi Mehdiyev tibb və siyasət sferasında tanınan bir isim olub. Fotolardan da göründüyü kimi, sağlam həyat tərzi keçirir, müntəzəm surətdə idmanla, xüsusi olaraq, dağ idmanı ilə məşğul olurdu.

Musavat.com bildirir ki, M. Mehdiyev 1956-cı ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitiirb. Ölkənin tanınmış infeksionist həkimi idi. Onun fəaliyyət xəritəsi belə olub: 

1980—1990 illər — Xaçmaz Mərkəzi Rayon Xəstəxanası, İnfeksion Xəstəliklər Şöbəsinin müdiri;

1993—1995 illər — İran İslam Respublikası, Həmədan şəhəri, Ümumi həkim(GP);
1995—2009 illər — Azərbaycan Tibb Universiteti, Yoluxucu Xəstəliklər Kafedrasının assistenti;
2009-cu ildən son gününə qədər Mərkəzi Gömrük Hospitalı, həkim-infeksionist; 

Allah rəhmət eləsin.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.