banner
banner

Sağlamlıq

Təzyiqi endirən qidalar hansılardır?

Təzyiqi endirən qidalar hansılardır?

Yüksək təzyiq çox insanda müşahidə edilən xəstəlikdir. Artıq çəki, siqaret, stress və ürək problemləri yüksək təzyiqin yaranması üçün şərait yaradır.

Bəs təzyiqi aşağı salmaq üçün nə edilməli?

Yüksək təzyiq damarlardakı qan dövranını normalda yuxarı hissəsinin 120, aşağı hissəsinin isə 80 olmasıdır. Uzunmüddətli yüksək təzyiqdən əziyyət çəkənlər beyin, böyrək, ürək və damar kimi bir çox xəstəliyə səbəb olur.

Milli.Az immunitet.az-a istinadən təzyiqi nəzarətdə saxlayan qidaları təqdim edir:

İlk olaraq meyvə, tərəvəz və süd məhsullarına diqqət etmək vacibdir.

Tərkibindəki liflər, potasium, maqnezium və digər minerallarla səhhətinizə diqqət etməyinizə kömək edəcək. Hər gün yaşıl yarpaqlı tərəvəzlərdən istifadə təzyiq xəstələrinə faydalıdır.

Brokoli, ispanaq, kartof, pomidor kimi tərəvəzləri təzyiqinizi endirmək üçün istifafə edə bilərsiniz.

Meyvələr də tərəvəzlər kimi lif, vitamin və mineral tərkibi ilə təzyiqi aşağı salmağa kömək edəcək. Təzə meyvə yerinə meyvə suyu içirsinizsə, suların yeni sıxılmış olmasına və şəkər tozu əlavə edilib-edilmədiyinə diqqət edin. Şəkər tozu tövsiyə edilmir.

 

Süd məhsulları kalsium, damar sağlığı, damar tıxanıqlığının qarşısını almaq üçün gərəkli minerallara sahibdir. Bu məhsullardan istifadə edərək təzyiqinizi normada saxlaya bilərsiniz.

Qeyd edək ki, istifadə edilən süd məhsullar yağsız olmalıdır.

Çiyələk, qovun, alma, banan, şaftalı, ananas yüksək təzyiqi tənzimləyən meyvələrdir.

Balıq, təzyiqi aşağı salmaq üçün proteinlə zəngin olan qidadır.

Badam, fındıq, qoz, fısdıq kimi qidalar yağ qaynağı olduğu üçün hər gün yeyə bilərsiniz.

Çoxlu duz təzyiqi yüksəldir. Duz əvəzinə qurudulmuş ədviyyatlardan istifadə edərək sodiumun zərərli təsirlərindən qoruna bilərsiniz.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.