banner
banner

Dünya

Türkiyədə 26 terrorçu zərərsizləşdirilib

Türkiyədə 26 terrorçu zərərsizləşdirilib

Türkiyədə dekabrın 3-dən 10-a kimi keçirilən antiterror əməliyyatlarında 26 terrorçu zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələri bu müddətdə terrorçulara və onların əlaltılarına qarşı 2817 əməliyyat keçiriblər. Əməliyyat zamanı 1 terrorçu öldürülüb, 19 nəfər ələ keçirilib, 6 terrorçu isə silahı yerə qoyaraq könüllü təslim olub.

Ölkənin 9 əyalətində terrorçuların 40 sığınacağı məhv edilib. Qanunsuz silahlı birləşmə üzvlərindən xeyli miqdarda partlayıcı maddə, silah və döyüş sursatı müsadirə olunub.

Əməliyyatlar zamanı 4403 nəfər saxlanılıb. Onlardan 926 nəfəri terrorçuluqda, 187 nəfəri qanunsuz miqrasiya ilə bağlı cinayətlərdə şübhəli bilinir. 3290 nəfər narkotik maddələrin satışında və qaçaqmalçılıqda ittiham edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.