Azərbaycan-Gürcüstan sərhədində tıxac yaranıb. Bayram günlərində Azərbaycan vətəndaşlarının xarici ölkələrə üz tutması artıq adət halını alıb. Xüsusilə də Qərb bölgəsinin sakinlərinin yaxın olduğu üçün qonşu Gürcüstana üz tutması sərhəd-keçid məntəqəsində sıxlığın yaranmasına səbəb olur. Cia.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bayram günləri Gürcüstanla sərhəddə avtomobillərin ucu-bucağı görünməyən tıxacı yaranıb. Qonşu ölkəyə keçmək üçün saatlarla, hətta günlərlə gözləyənlər var. Sərhəd buraxılış məntəqəsində daha çox iritonnajlı yük maşınları, Gürcüstana, Türkiyəyə hərəkət edən avtomobillər diqqət çəkir. Öz şəxsi avtomobilləri ilə sərhədi keçməyə çalışan sürücülər də az deyil. Onlar uzunluğu 1 km-dən də çox olan tıxacda 6-7 saat gözləmək məcburiyyətində qalırlar. Qazaxın 2-ci Şıxlı kəndi boyunca irəlilədikcə rahat şəkildə görünən tıxacın səbəbini "Sınıq Körpü" sərhəd buraxılış məntəqəsindən gediş-gəlişin çoxluğu ilə əlaqələndiriblər. Yağışlı havada gözləməyin çətin olduğunu deyən sürücülər iritonnajlı avtomobillərin minik maşınları ilə birgə nəzarətdən keçməsinin tıxaca səbəb olduğunu bildirirlər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.