banner
banner

Dünya

Başı kəsilmiş 70 meyit tapıldı

Başı kəsilmiş 70 meyit tapıldı

Nigeriyada hərbçilər İŞİD-ə qoşulmuş "Boko Haram" qruplaşmasından geri aldıqları qəsəbədə kütləvi məzarlıq aşkarlayıb.
70-dən çox meyidi aşkarlanmış, kimlikləri bəlli olmayan bu insanların edam olunduğu, çoxunun başının kəsildiyi bildirilir. Dəhşət doğuran kütləvi məzarlıq Nigeriyanın Damasaka qəsəbəsində körpünün altında üzə çıxıb.
Ərazidən gələn kəskin çürümə qoxusu, ərazidə başqa meyitlərin də basdırıldığını düşünməyə vadar edir. Silahlılar həmin qəsəbəni martın 14-ü "Boko Haram" qruplaşmasından azad edib. Hazırda Nigeriya ordusu ölkənin şimal-şərqində ekstrimistlərin kökünü kəsmək üçün geniş miqyaslı əməliyyatlar keçirir.
Bu yaxınlarda İŞİD liderinə beyət etmiş "Boko Haram" terrorçu qruplaşması Nigeriyanın şimal şərqində şəriət qaydaları ilə idarə olunacaq İslam dövləti qurmağa çalışır. Qruplaşma silahlı mücadiləyə başladığı vaxtdan bəri son 6 il ərzində minlərlə insanın həyatına son qoyub.(anspress)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.