banner
banner

Sosİal

Abort edən ananı hansı cəza gözləyir?

Abort edən ananı hansı cəza gözləyir?

Cinayət Məcəlləsinin 121-ci maddəsinə əsasən, ana yeni doğduğu körpəni doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsinə görə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu sözləri Axar.az-a Lənkəranda ananın bətnindəki körpəni dərmanla öldürməsinin cinayət tərkibli olub-olmaması barədə danışan hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, uşağın tələf edilməsində həkimin də əməli sübuta yetirilərsə, qanunla həmin şəxs də cəzalandırılır:

“Cinayət Məcəlləsinin 141.1. maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə islah işləri ilə cəzalandırılır. Əgər uşaq xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort edilərsə, o, 141.2. maddəyə əsasən, 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 360 saatdan 400 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırıla bilər. Bundan başqa, CM-in 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2000 manatdan 3000 manatadək cərimə və ya 2 il müddətə islah işləri və ya 1 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 141.3-cü maddəsində isə 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Qeyd edək ki, Lənkəranda 2000-ci il təvəllüdlü Bəşirova Xədicə doğulacaq övladının xəstə olduğunu bildikdən sonra onu bətnində dərmanla öldürüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.