Fillipinli rəqibi Con Moralde ilə görüşən avstraliyalı boksçu Breydon Smit məğlubiyyətdən sonra dünyasını dəyişib. WBC Asian Boxing Council titulu uğrunda ən yüngül çəki dərəcəsində keçirilən 10-raundluq görüş hakimlərin rəyi ilə fillipinli boksçunun xeyrinə bitib. Rəqibini təbrik edəndən sonra soyunma otağına gedən Smit oradaca huşunu itirib. Boksçu xəstəxanaya qaldırılaraq sistemə birləşdirilib, lakin beyin qanaxması səbəbindən 2 gün sonra dünyasını dəyişib. Bu görüşədək Smit 12 görüş keçirib və hamısında qalib gəlmişdi. Bu onun ilk məğlubiyyəti olub. (anspress)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.